Vyekoslav Tomiç: AFFA Prosineçkini baş məşqçi postuna gətirsə...
24.11.2014 - 16:15
Vyekoslav Tomiç: AFFA Prosineçkini baş məşqçi postuna gətirsə...

“Robert Prosineçkinin Azərbaycan millisinin bas məşqçisi postuna namizəd olduğundan xəbərim var”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq futbolçusu Vyekoslav Tomiç deyib.

 

Xorvatiyalı qapıçı həmyerlisi Robert Peosineçkinin Azərbaycan millisinin baş məşqçisi postuna mümkün təyinatından danışıb.

 

O bildirib ki, 45 yaşlı mütəxəssis yığmamızın inkişafında mühüm rol oynaya bilər: “Əgər onun təyinatı rəsmiləşsə, həqiqətən də çox yaxşı olar. Məncə, AFFA onu baş məşqçi gətirəcəyi halda, yaxşı seçim edəcək. Prosineçkini mili komandadan tanıyıram. O, Xorvatiyada köməkçi məşqçi olanda, mən də orda oynayırdım. Prosineçki Azərbaycan futboluna xeyri dəyəcək bir adamdı”.

 

Qeyd edək ki, Prosineçkinin Xorvatiya millisində Slaven Biliçin köməkçisi olduğu vaxt Tomiç vətənində “Hayduk”un şərəfini qoruyub.

 

0