“Qarabağ” üçün uğursuz və təcrübəli
24.11.2014 - 17:34
“Qarabağ” üçün uğursuz və təcrübəli

Avropa Liqasının qrup mərhələsinin V turunun “Sent-Etyen” – “Qarabağ” matçını idarə edəcək islandiyalı Krisyinn Yakobsson komandalarımız üçün uğursuz ədalət təmsilçisidi. Apasport.az saytının məlumatına görə, 45 yaşlı təcrübəli referi 7 il əvvəl Azərbaycan millisinin darmadağınının iştirakçısı olub.

 

Belə ki, 2007-ci il martın 24-də millimiz Polşa ilə görüşən komandamızın 0:5 hesablı məğlubiyyətini məhz Yakobsson qeydə alıb. İslandiyalı hakim futbolçularımızı 3 sarı vərəqə ilə də cəzalandırıb. Meydan sahiblərini cəzalanmadığı həmin matçda komandamızı Şahin Diniyev çalışdırıb. Həmin matç AVRO-2008-in seçmə mərhələsi çərçivəsində baş tutub.

 

Ümumiyyətlə isə 45 yaşlı adalı ən təcrübəli FİFA referilərindən sayılır. 1997-ci ildən bu statusu daşıyan Yakobsson nadir hakimlərdəndi ki, 18 il beynəlxalq matçlar idarə edir.  O, Çempionlar Liqasında meydana çıxan ilk islandiyalı kimi də tarixə düşüb.

 

 

0