“İlk dəqiqədə qol buraxmağımız bizə pis təsir etdi”
24.11.2014 - 21:03
“İlk dəqiqədə qol buraxmağımız bizə pis təsir etdi”

“İlk dəqiqədə qol buraxmağımız bizə pis təsir etdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.

 

Gənc çalışdırıcı bu gün Topaz Premyer Liqasının XIII turunda doğma publika önündə “Bakı” ilə heç-heçə (1:1) etmələrinə şərh verib: “Amma ümumilikdə götürsək, “Bakı”dan üstün oynadıq. “Bakı”nın demək olar ki, şansı olmadı. Biz isə yaratdığımız imkanları dəyərləndirə bilmədik. Əgər bərabərlik qolunu bir qədər tez vura bilsəydik, davamı gələcəkdi”.(pfl) 

0