İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı
24.11.2014 - 22:20
İlin ən yaxşı qapıçısı adına namizədlər açıqlandı

FİFA 2014-cü ilin ən yaxşı qapıçısı adına namizədlər açıqlayıb. Apasport.az saytının məlumatına görə, siyahıda 5 qolkiperin adı yer alıb.

 

Bunlar "Bavariya"nın qapıçısı Manuel Noyer, Çili millisi və “Barselona”da forma geyinən Kladuio Bravo, London "Çelsi"sinin üzvü Tibo Kurtua, Çempionlar Liqasının son qalibi Madrid “Real”ının əlcək sahibi İker Kasilyas  və "Yuventus"da çıxış edən Canluici Buffondu.

 

Qalibin adı gələn ay dekabrın 12-də bəlli olacaq.

 

Qeyd edək ki, ötən ilin ən yaxşı qapıçısı adına Almaniya yığmasının və “Bavariya”nın üzvü Noyer layiq görülüb. 

0