Millimiz sonuncu səbətdə
25.11.2014 - 09:05
Millimiz sonuncu səbətdə

Millimiz sonuncu səbətdə

 

19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının elit-raundunun püşkatması dekabrın 3-də baş tutacaq. Apasport.az saytının məlumatına görə, artıq püşkatma zamanı yığmaların yer alacağı səbətlər açıqlanıb.

 

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə 14:20-də başlayacaq. Mərasimdə 28 komanda 7 qrupa bölünəcək. Bu üzdən də həmin komandalar hərəsində 7 yığma olan 4 səbətə paylanılıb. Püşk zamanı Rusiya ilə Ukrayna eyni qrupa düşə bilməyəcək.

 

Azərbaycan millisi püşk zamanı sonuncu – D səbətində yer alacaq. Bu da yığmamızın reytinqinin aşağı olması ilə bağlıdı. 2015-ci ilin yazında keçiriləcək və iyunun 3-dək yekunlaşacaq elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə əldə edəcək.

 

A səbəti

İspaniya, İngiltərə, Rusiya, İtaliya, Hollandiya, Slovakiya, Monteneqro

B səbəti

Avstriya, Portuqaliya, İsveçrə, Ukrayna, Fransa, İsveç, İrlandiya

C səbəti

Xorvatiya, Almaniya, Polşa, Danimarka, Belçika, Serbiya, Gürcüstan

D səbəti

Çexiya, Bosniya və Herseqovina, Türkiyə, Norveç, Litva, AZƏRBAYCAN, Şotlandiya

 

Qeyd edək ki, 2015-ci il iyulun 6-19-da keçiriləcək final mərhələsinə Yunanıstan ev sahibliyi edəcək.

0