[b]“Əfranla Sadio özünü, hakim isə oyunu idarə edə bilmədi”[/b] - MÜSAHİBƏ
25.11.2014 - 11:48
[b]“Əfranla Sadio özünü, hakim isə oyunu idarə edə bilmədi”[/b] - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XIII turunda baş tutan “Xəzər Lənkəran” – “Neftçi” (2:2) oyununda sonra “ağ-yaşıllar”ın afrikalı yarımmüdafiəçisi Alfred Sanko apasport.az saytının suallarını cavablandırıb.

 

- Son dəqiqələrdə buraxdığınız qolla 3 xalı əldən verdiyiniz görüş haqda nə deyə bilərsiniz?

- Çətin qarşılaşma idi. Hər kəs bu matçın əhəmiyyətini dərk edirdi. Düşünürəm ki, bizim üçün üzücü matç oldu. Əlavə olunmuş dəqiqələrdə buraxdığımız qolla 3 xalı əldən verdik. Əslində, bunun səbəbi o idi ki, Əfran İsmayılov və Sadio Tounkara özünü, hakim isə oyunu idarə edə bilmədi.

 

- Referidən narazılığınız sizin futbolçulara verilən qırmızı vərəqə ilə bağlıdı?

- Yox. Çünki Əfran da, Sadio da qırmızı vərəqəni almalı idi. Həmin epizodlarda hakim tamamilə haqlı idi.

 

- Bəs, sizi razı salmayan qərar hansıdı?

- Cərimə meydançasında yıxıldığım epizod. Orada yüz faiz penalti var idi. Qırmızı vərəqələrdə hakimi günahlandırmıram. Amma elə epizodlar var idi ki, çox yanlış qərarlar verdi. Hətta matçdan sonra Julius Vobay da mənə dedi ki, sənin yerdə qaldığın epizod penalti idi.

 

- Hakimin ümumi oyunu idarə etməsindən razı qalmadınız?

- Yox. Razı qalmadım.

 

- Demək olar ki, bütün oyunu sizdən azlıqda keçirən “Neftçi”yə qalib gələ bilməməyinizin səbəbi nədi?

- Bilmirəm. Fikrimcə, biz daha yaxşı oynadıq. Əlbəttə ki, mən qələbə qazana bilmədiyimizə görə təkcə hakimi günahlandırmıram. Biz qalib gəlməli idik. Son dəqiqələrdə heç gözləmədiyimiz anda qapımızda qol gördük.

 

- Son oyunlardakı uğursuzluqlar “Xəzər Lənkəran”ın iddiasına kölgə salmır?

- Razıyam ki, biz nəticə qazanmaq istəyiriksə, daha yaxşı çıxış etməliyik. Mən bilmirəm ki, niyə biz lazım olan nəticələri qazana bilmirik.

 

- Sizcə, bu uğursuzluqlardan sonra komandada nə dəyişməlidi?

- Onu deyə bilmərəm. Yəqin ki, bütün bunlar haqqında danışılacaq.

 

Elsevər MƏMMƏDOV

0