Fransaya 5 yubiley üçün
25.11.2014 - 12:41
Fransaya 5 yubiley üçün

Avropa Liqasının V turunun “Sent-Etyen”lə Fransadakı oyunu “Qarabağ”ın 5 futbolçusu üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, meydana çıxacağı halda bu oyunçular yubiley matçının iştirakçısı olacaq.

 

Maksim Medvedev, Vüqar Nadirov və Namiq Yusifov 35-ci avrokubok görüşünün astanasındadı. Qara Qarayev isə bu göstəricidə 25-ə çata bilər. Cavid Tağıyev isə qitə miqyaslı yarışlarda 5-ci görüşünü keçirmək üçün Fransada meydana çıxmalıdı. 

0