[b]Karlos Kardoso: Futbolçuların işini hakim gördü [/b]- MÜSAHİBƏ
25.11.2014 - 13:29
[b]Karlos Kardoso: Futbolçuların işini hakim gördü [/b]- MÜSAHİBƏ

“Neftçi” klubunun müdafiəçisi Karlos Kordoso Topaz Premyer Liqasının XIII turunda “Xəzər Lənkəran”la heç-heçə (2:2) başa çatan oyundan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandırıb

 

- Növbəti “Böyük oyun” arxada qaldı. Bu görüşdə kim uddu, kim uduzdu?

- Azərbaycan üçün xüsusi bir oyun oldu. Bir xal qazandıq. Amma buna çox çətinliklə nail olduq.

 

- Oyunun gedişində referidən narazı qaldığınızı gördük. Hansı qərarla razılaşmadınız?

- Heç nə demək istəmirəm. Epizodlara baxmaq lazımdı. Evə getdikdən sonra matça yenidən baxacağıq. İmkan daxilində əlimizdən gələni etdik. Bu gün Azərbaycanda futbola investisiya qoyulur. Yaxşı da oyun nümayiş etdirdik. Ancaq referi oyunu dağıtdı. Halbuki, oyunu dağıdan da, quran da futbolçular olmalıdı. Amma bu işi bu gün referi yerinə yetirdi. “Neftçi”yə hakimin köməyi lazım deyil. Sadəcə, referinin səmimi olması lazımdı. Bir həftə çalışırıq və bunun qarşılığını görmək istəyirik. Sırf referiyə görə uduzduğumuzu da demək istəmirəm. Ancaq onun qərarları nəticəyə təsir etdi.

 

- Sarı vərəqə aldığınız epizodda meydanı özbaşına tərk etmək istəyirdiniz. Referiyə etirazınızı bu yolla bildirmək istəyirdiniz?

- Çox pis oldum. Oyun epizodu idi. Sadəcə, elə anlar olur ki, özünə nəzarəti itirirsən. Vəziyyəti daha da pisləşdirmək istəmirdim. Ancaq məşqçilərimiz qalmağımı söylədilər. Mən də oyunu davam etdirdim, onlara hörmət edib, meydanda qaldım.

 

- Erkən qırmızı vərəqənin oyuna nəzarəti tirməyinizə səbəb olduğunu düşünmək olarmı?

- Oyuna nəzarəti biz yox, hakim itirdi. Futbolçularla bağlı deməyə söz yoxdu. Bu həm “Neftçi”yə, həm də “Xəzər Lənkəran”a aiddi.

 

- Hesabı sonuncu dəqiqədə bərabərləşdirdiniz. Nəticədən razısınızmı?

- Allaha inanan adamam. İkinci ildi Azərbaycandayam. Burda olduğum müddətdə qazandığım ən vacib xaldı.

 

- Zədələndiyinizə görə, oyunu yarımçıq tərk etdiniz. Zədəniz ciddidi?

- Ayağım çox ağrıyır. Amma ciddi zədə olacağına inanmıram. Yəqin ki, növbəti oyunda meydana çıxacağam. Burda olduğum müddətdə iki dəfə ciddi zədə almışam. Birincisi Lənkəranda olub. Başımı dirəyə vurmuşdum.  

 

- Son iki oyunda 5 xal itirdiniz. “Qarabağ” isə itkisiz irəliləyir. Bu sizi narahat etmir?

- Xeyr. Biz sona qədər mübarizə aparacağıq. Nə qədər bacarsaq, mübarizə aparacağıq.

 

0