“Rəvan”ın futbolçuları cəzalandı
25.11.2014 - 15:33
“Rəvan”ın futbolçuları cəzalandı

Azərbaycan çempionatının I divizionunun XII turu hakimlərin təhqir olunması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, ədalət təmsilçilərinin məruz qaldığı bu hallar AFFA-nın İntizam Komitəsində müzakirə olunub.

 

“Kəpəz” – “Göyəzən” matçında qonaqların qapıçısı Davud Kəriminin hakimi təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klubunu 400 manat ziyana salıb.

 

“Şahdağ” – “Rəvan” qarşılaşmasında qonaqların oyunçusu Orxan Məmmədov hakimi təhqir edib. Onun da cəzası eyni olub. Məmmədovun komanda yoldaşı Nicat Əliyev hakimi, AFFA və PFL-i təhqir etdiyinə görə daha ağır cəza alıb. “Rəvan”ın üzvü 9 oyun cəzalanıb, klub 1400 manat cəriməlkənib.

 

0