[b]Robert Prosineçkinin Azərbaycanda qazancı açıqlandı[/b]
25.11.2014 - 16:31
[b]Robert Prosineçkinin Azərbaycanda qazancı açıqlandı[/b]

Azərbaycan millisinin baş məşqçisi postuna əsas namizəd olan xorvatiyalı Robert Prosineçkinin yığmamızda qazanacağı məbləğ açıqlanıb. Apasport.az saytının məlumatına görə, Xorvatiya mətbuatı çalışdırıcının AFFA ilə müqavilə imzalayacağı halda 1,5 milyon dollar qazanacağını iddia edir.

Bu ölkənin tportal.hr saytı 45 yaşlı mütəxəssisin AVRO-2016-nın seçmə mərhələsinin sonunadək yığmamızda çalışmaq üçün məhz bu məbləğə razılaşdığı haqda məlumat yayıb. Yuqoslaviya və Xorvatiya millisinin sabiq futbolçusu olan Prosineçki ilə danışıqlar müsbət yekunlaşsa, onun təyinatı AFFA-nın İcraiyyə Komitəsinin dekabrın 3-də baş tutacaq yığıncağında rəsmiləşəcək.

Qeyd edək ki, son iş yeri Türkiyənin “Kayserispor” klubu olan Prosineçki hazırda ölkəmizdə səfərdədir. O, dünən “Dalğa Arena”da keçirilən “Xəzər Lənkəean” – “Neftçi” qarşılaşmasını (2:2) canlı izləyib.

0