Püşk Azərbaycan klubunu yenə serbiyalılarla üz-üzə qoydu
25.11.2014 - 16:45
Püşk Azərbaycan klubunu yenə serbiyalılarla üz-üzə qoydu

Avstriyanın paytaxtı Vyanada həndbol üzrə Avropa klub turnirlərinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, qitə miqyaslı turnirlərdə Azərbaycanın yeganə təmsilçisi olan qadın həndbolçulardan ibarət ABU klubunun da növbəti rəqibi müəyyənləşib.

 

“Çelenc Cup”da 1/16 finalında Serbiya təmsilçisi “Srvena Zvezda”nı mübarizədən kənarlaşdıran (31:29, 23:23) Konstantin Ruvinskinin yetirmələri 1/8 finalda da bu ölkənin təmsilçisi ilə qarşılaşacaq.

 

Bu dəfə ABU-nun rəqibi “Knyaz Milos” olacaq. Qarşılaşmalar 2015-ci il fevralın 7-8 və 14-15-də keçiriləcək.

 

Qeyd edək ki, təmsilçimizin rəqibi 1/16 finalda Xorvatiya klubu “Tresnyevka”nı hər iki oyunda məğlub edib – 27:22, 27:25.

 

0