[b]“Lokomotiv” azarkeşləri üçün şou arzusunda[/b]
25.11.2014 - 18:04
[b]“Lokomotiv” azarkeşləri üçün şou arzusunda[/b]

Bu gün qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək qarşılaşmalardan sonra 1/8 finalçıların adları bəlli olacaq.

 

Yarışdakı yeganə təmsilçimiz “Lokomotiv” meydana sabah çıxacaq. Azərbaycan Super Liqasının lideri Almaniyanın “Rote Raben” klubunu sınağa çəkəcək.

 

Səfərdəki inamlı qələbə ilə cütün taleyini böyük ölçüdə həll edən “dəmiryolçular”ın azarkeşləri önünə şou göstərəcəyi proqnozlaşdırılır. Mərhələ adlamaq üçün cəmi 2 setə ehtiyacı olan Bakı klubu böyük fanat ordusuna növbəti sevinci bəxş etmək əzmindədi.

 

Ulduz voleybolçular və yeni baş məşqçi ilə böyük iddiaları olan “Lokomotiv” Avropada da sözünü demək niyyətindədi. Bunun üçün artıq növbəti mərhələləri düşünməli olan təmsilçimiz almaniyalılarla görüşün aşkar favoriti sayılır.

 

CEV kuboku

1/16 final, cavab oyunu

18:00. “Lokomotiv” (Azərbaycan) – “Rote Raben” (Almaniya)

Hakimlər: Alim Batyuk (Ukrayna), İskra Zidaniç (Xorvatiya)

Bakı. Voleybol Mərkəzi

İlk oyun: “Rote Raben” (Almaniya) - “Lokomotiv” (Azərbaycan) - 0:3 (17:25; 24:26; 22:25)

0