“Xəzər Lənkəran” 2 günlük istirahətə buraxıldı
25.11.2014 - 21:31
“Xəzər Lənkəran” 2 günlük istirahətə buraxıldı

Topaz Premyer Liqasının XIII turunda Bakıda “Neftçi” ilə qollu heç-heçə (2:2) edən “Xəzər Lənkəran” sərbəst buraxılıb. Apasport.az saytının məlumatına görə, komanda iki günlük istirahətin ardından noyabrın 27-də paytaxtda bir araya gələcək.

 

Cənub klubu hazırlıqlarını elə Bakıda davam etdirəcək.

 

Qeyd edək ki, “Araz Naxçıvan”ın fəaliyyəti dayandırıldığından “Xəzər Lənkəran” XIV turu boş buraxaraq. Oğuz Çətinin yetirmələri növbəti turda “Qəbələ” üz-üzə gələcək. 

0