“Futbol kralı”nın vəziyyəti sabitdi
25.11.2014 - 22:01
“Futbol kralı”nın vəziyyəti sabitdi

Ötən gün əfsanəvi braziliyalı futbolçu Pele bir həftə ərzində ikinci dəfə təəcili xəstəxanaya yerləşdirilib. Apasport.az saytı xəbər verir ki, daha əvvəl böyrəklərindəki sidik borusu və sidik kisəsində daşların oynamasına görə San-Paulodakı “Albert Eynşteyn” adına hospitalda əməliyyat olunan “Futbol kralı”nın vəziyyəti sabitdi kimi qiymətləndirilir.

 

Xatırladaq ki, 74 yaşlı Pele mədədə kəskin ağrıların olmasına görə oktyabrın 13-də “Albert Eynşteyn” adına xəstəxanaya çatdırılmışdı. O, bir kitab nümayişinə baş çəkməyi planlaşdırdığı zaman vəziyyəti pisləşmişdi.

 

Qeyd edək ki, Pele Braziliya millisinin heyətində 1958, 1962 və 1970 illərdə dünya çempionatlarının qalib olub. O, yığma komandada 92 matçda forma geyinib və rəqib qapılarından 77 top keçirib. 

0