DÇ-2016 ABŞ-da keçiriləcək
25.11.2014 - 22:24
DÇ-2016 ABŞ-da keçiriləcək

Şahmat üzrə 2016-cı ildə keçiriləcək dünya çempionatının məkanı bəlli olub. Apasport.az saytının məlumatına görə, şahmat tacı uğrunda yarış ABŞ-da təşkil ediləcək.

 

Bu haqda FİDE prezidenti Kirsan İlyumjinov deyib. O, Soçidə şahmat tacına sahib olan Maqnus Karlsenin mükafatlandırma mərasimində bildirib.

 

Xatırladaq ki, 24 yaşlı norveçli qrossmeyster yarışda Hidistandan olan Vişvanatan Anandı məğlub edib.

 

Qeyd edək ki, tədbirdə Rusiya prezidenti Vladimir Putin də iştirak edib. 1886-cı ildən keçirilən turnirdə ilk dəfə dövlət başçısı dünya çempionunun mükafatlandırılması mərasimində olub. 

0