"Rabitə" Avropanın ən güclüsünü məğlubiyyətlə yola saldı - YENİLƏNİB
26.11.2014 - 19:27
"Rabitə" Avropanın ən güclüsünü məğlubiyyətlə yola saldı - YENİLƏNİB

Bu gün qadın voleybolçulardan arasında Çempionlar Liqasının qrup mərhələsində II turun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu "Rabitə" mövsümün ilk ev oyununda Kazan “Dinamo”su ilə üz-üzə gəlib.

 

Kifayət qədər gərgin və maraqlı keçən matç Bakı klubunun qələbəsi ilə yekunlaşıb. Dejan Brdjoviçin yetirmələri I turda Polşada “Ximik”ə məğlubiyyəti məhz Çempionlar Liqasının qızıl medalçısı ilə görüşdə sığortalayıblar. 0:2 hesabı ilə geridə olan komandamız əzmkarlıq sayəsində 3:2 hesabı ilə qalib gələrək, ötən mövsüm analoji yarışın yarımfinalındakı uğursuzluğun revanşını da alıb. Martda Bakıda Avropanın ən güclüsü olan rəqib bu dəfə paytaxtımızı məğlubiyyətlə tərk edib.

 

Qarşılaşmaya gəlincə, görüş komandamızın üstünlüyü ilə start götürüb. İlk dəqiqələrdə rəqibin çaşqınlığından istifadə edən təmsilçimiz hər 2 texniki fasiləyə öndə yollanıb. Voleybolçularımız hətta setin gedişində 5 top irəli də keçiblər - 19:14. Lakin onlar bunu sona kimi davam etdirə bilməyiblər. Top qəbulunda və blokda zəif təsir bağışlayan “Rabitə” “Dinamo”nun hücumlarının qarşısını almaqda çətinlik çəkib. Bundan istifadə edən kazanlılar öncə hesabı bərabərləşdirib (21:21), ardınca önə çıxıblar – 22:21. Qonaqlar bu üstünlüyü sonadək əldən verməyiblər və hissəni xeyirlərinə bitiriblər.

 

İkinci set Çempionlar Liqasının son qalibinin hücumları ilə davam edib. Onlar ilk texniki fasilədə də 4 top irəlidə olublar. Lakin məğlubiyyətlə barışmaq istəməyən “Rabitə” oyununda dönüş yaradıb və fərqi aradan qaldıraraq, ikinci texniki fasilədə önə də çıxıb – 16:14. Təəssüf ki, komandamız yenə səhvlərə yol verərək, rəqibin xal qazanmasına mane ola bilməyib – 16:16. Bundan sonra isə “Dinamo” yenidən təşəbbüsü ələ alıb və hissələrin fərqini 2-yə çatdırıb.  

 

Bu setdə də məğlubiyyət komandamızın düşdüyü çətin vəziyyətdən çıxması ilə nəticələnib. Bakı klubu III hissəyə inamlı başlayaraq, hər 2 texniki fasilədə üstün olub – 8:6, 16:12. Düzdür, ardınca “dinamoçular” yenidən status-kvonu bərpa edərək, önə də keçiblər. Lakin voleybolçularımızın əzmkarlığı setlər arasında fərqin azalmasına səbəb olub – 1:2.

 

Bundan sonra görüşdə ssenari dəyişib. Azarkeşlərin alqış sədaları altında daha da ruhlanan voleybolçularımız IV hissənin startında rusları ardıcıl 4 dəfə cəzalandırıblar. İlk texniki fasilədə fərqi 5-ə çatdıran “Rabitə” sonra üstünlüyünü bir qədər də artırıb – 14:7. Bunun ardınca Rusiya çempionunun hesabda bərabərlik yaratmasına baxmayaraq (16:16), bakılılar hissələrin fərqini aradan qaldırıblar – 2:2.

 

Tay-brekdə isə psixoloji üstünlük tamamilə komandamızın tərəfinə keçib. Hətta rəqibin heyətində oyunun qəhrəmanlarından olan ulduz voleybolçu Yekaterina Qamova da səhvləri sıralayıb. Bundan məharətlə yararlanan Azərbaycan çempionu isə hələ qələbələrinin qarşıda olduğunu ortaya qoyub – 3:2.

 

Bu qələbə “Rabitə”ni 3-cü pilləyə yüksəldib.

 

Qeyd edək ki, A qrupunun digər görüşündə “Agel” Çexiyada “Ximik”lə üz-üzə gələcək.

 

Çempionlar Liqası

II tur

26 noyabr

A qrupu

“Rabitə” (Azərbaycan) – “Dinamo” (Kazan, Rusiya) - 3:2 (22:25; 23:25; 28:26; 25:21; 15:9)

Hakimlər: İvan Lazareviç (Serbiya), Dobromir Dobrev (Bolqarıstan)

Bakı, “Sərhədçi” Olimpiya Mərkəzi

 

 

 Yer

Komanda

O

Q

M

3:0

3:1

3:2

2:3

1:3

0:3

S

T

X

1.

Dinamo Kazan

2

   1

1

1

0

0

1

0

0

5-3

182-173

4

2.

Ximik

1

1

0

1

0

0

0

0

0

3-0

75-59

3

3.

Rabitə

2

1

1

0

0

1

0

0

1

3-5

172-181

2

4.

Agel

1

0

1

0

0

0

0

0

1

0-3

60-76

0

0