Berti Foqts almanlara da lazım olmadı
26.11.2014 - 09:26
Berti Foqts almanlara da lazım olmadı

Almaniyanın “Ştutqart” klubunun yeni baş məşqçisinin adı məlum olub. Apasport.az saytının məlumatına görə, Armin Fenin istefasından sonra baş məşqçi axtarışına çıxan Bundesliqa təmsilçisi hollandiyalı Hub Stivenslə anlaşıb.

 

Azərbaycan millisinin sabiq çalışdırıcısı Berti Foqts da Ştutqartın eyniadlı təmsilçisinin “sükanı arxasına” keçməyə namizəd olsa da, almanlar buna ehtiyac duymayıb. Onlar həmyerlilərinə deyil, klubda çalışmaq təcrübəsi olan Stivensə güvənib.

 

Sonuncu elə bu ilin martında da “Ştutqart”a baş məşqçi təyin olunmuşdu. Komandaya Bundesliqada qalmaqda kömək edən hollandiyalı mayda postunu Feyə vermişdi. İndi isə onlar yenidən yerlərini dəyişib.

 

Qeyd edək ki, Stivens Almaniyada “Herta”, “Şalke” və “Hamburq”da da çalışıb.

0