Robert Prosineçki Bakıda daha iki oyun izlədi
26.11.2014 - 11:18
Robert Prosineçki Bakıda daha iki oyun izlədi

Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olan Robert Prosineçki Bakıda daha iki oyun izləyib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis dünən U-15 Liqası çərçivəsində keçirilən “İnter” – “Qarabağ” və “Fortuna” – “Xəzər Lənkəran” oyunlarına stadiondan baxıb.

 

Prosineçki “İnter Arena” və Bayıl stadionlarında təkcə oyunları izləməklə kifayətlənməyib. Balkanlı arenaların infrastrukturu ilə də tanış olub.

 

Mənbə: affa.az

0