Son səfər
26.11.2014 - 14:28
Son səfər

Sabah Avropa Liqasında qrup mərhələsinin V turunun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” çıxış etdiyi F qrupunda növbəti sınağına çıxacaq.

 

Qurban Qurbanovun yetirmələri Bakıda məğlub edə bilmədiyi “Sent-Etyen”lə Fransada qarşılaşacaq. Bu matç ağdamlıların qrupda son səfər sınağı olacaq.

 

Görüşün avrokubok mövsümündə sonuncu səfər olması isə “Qarabağ”ın özündən asılıdır.  Çünki ağdamlıların taleyi Fransada həll oluna bilər. 1/16 final şanslarını qorumaq, ümidləri son turadək saxlamaq üçün komandamız mütləq xal qazanmalıdı.

 

Qurbanovun yetirmələri bunu bacarsa, “İnter”lə Bakıdakı son qarşılaşma həlledici xarakter ala bilər. Qələbə isə “Qarabağ”ı tarixi uğura – 1/16 finala yaxınlaşdıracaq.

 

Fransada uduzacaq komanda 1/16 final şansları ilə rəsmən vidalaşacaq. Məğlubiyyət isə “Qarabağ” üçün “İnter”lə matçı formallığa çevirəcək. Çünki Fransadan xalsız qayıdacağı halda Ağdam klubu 2-ci olmaq şansını itirəcək.

 

Avropa Liqası

Qrup mərhələsi, V tur

F qrupu

00:05. “Sent-Etyen” (Fransa) – “Qarabağ” (Azərbaycan)

Baş hakim: Kristin Yakobsson

Hakim köməkçiləri: Siqurdur Oli Torleyfsson, Qunnar Qunnarsson

Əlavə köməkçi hakimlər: Toroddur Hialtalin, Torvardir Arnasson

Dördüncü hakim: Qilfi Mar Siqurdsson (hamısı İslandiya)

Hakim-inspektor: Youni Hiitya (Finlandiya)

UEFA nümayəndəsi: Tobias Volf (Almaniya)

Sent-Etyen. Ceffri Quiçard stadionu

 

1.

İnter

4

2

2

0

4-1

8

2.

Dnepr

4

1

1

2

2-3

4

3.

Qarabağ

4

1

1

2

2-4

4

4.

Sent-Etyen

4

0

4

0

1-1

4

 

0