[b]“Neftçi”nin futbolçusu: “Ayntraxt”da oyunumu bəyəndilər[/b]
26.11.2014 - 17:18
[b]“Neftçi”nin futbolçusu: “Ayntraxt”da oyunumu bəyəndilər[/b]

“2008-ci ildə mən də “Ayntraxt” klubunun düşərgəsinə yollanmışdım. Orada baxışda oldum və hətta oyunumu da bəyəndilər. Sadəcə mənə dedilər ki, avropalı olmadığın üçün biz səni komandada saxlaya bilmərik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin gənc yarımmüdafiəçisi Emin Mehdiyev deyib.

 

6 il bundan öncə Almaniyanın “Ayntraxt” klubuna baxışa yollanan futbolçu hazırkı komanda yoldaşı Emil Balayevin yoxlanış üçün Frankfurta yollanmasına münasibət bildirib. Mehdiyev qeyd edib ki, Balayev özünü yaxşı tərəfdən göstərsə, orada qala bilər: “Mən ora AFFA tərəfindən göndərilmişdim. Bəlkə də özləri dəvət etmədiyi üçün mənə diqqət ayırmadılar. əvvəlcə bəyəndiklərini dedilər. Sonra isə burda qalmayacağımı bildirdilər. Hardasa 1 aya yaxın orda olduq. Məni hətta U-23 komandalarına da döndərdilər. Sonra nə baş verdi anlamadım. Amma Emil Balayevə rəsmi dəvət göndərilib ki, baxışa gəl. O da şansından istifadə edib orada möhkəmlənə bilər. İnanıram ki, yaxşı olacaq. Həm də Emil hazırda millinin 3-cü, “Neftçi”nin isə əsas qapıçısıdı. Ona görə də əlində düşən imkandan istifadə edib orada qala bilər. Hər halda ona inanıram”.

 

Elsevər MƏMMƏDOV

0