Zlatan İbrahimoviç Messini Ronaldodan üstün tutdu
26.11.2014 - 20:23
Zlatan İbrahimoviç Messini Ronaldodan üstün tutdu

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç 11 ən yaxşı futbolçunu seçib. Apasport.az saytının məlumatına görə, isveçli forvard özünün arzuladığı komandanı yığıb.

 

Hər bir oyunçunu özü seçən İbrahimoviç komandasında “Real”ın futbolçusu Kriştianu Ronaldonu görmək istəməyib.

 

O, Canluici Buffon, Lilian Türam, Tyaqo Silva, Fabio Kannavaro, Maksvell, Andres İnyesta, Patrik Viyera, Xavi və Pavel Nedvedə üstünlük verib. Hücum xəttində isə həmişə “dahi” adlandırdığı Lionel Messini ilə birgə özünü göstərib.

0