[b]“Bütün diqqətimizi "Qarabağ"la görüşə yönəltmişik”[/b]
27.11.2014 - 00:00
[b]“Bütün diqqətimizi "Qarabağ"la görüşə yönəltmişik”[/b]

“Qarabağ”la oyunda qələbə qazanacağımıza ümid edirəm və qrupda ilk dəfə 3 xala sevinəcəyik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Sent-Etyen”in futbolçusu Loik Perren deyib.

 

Fransa klubunun kapitanı Avropa Liqasının qrup mərhələsi çərçivəsinin V turunda bu gün “Qarabağ”la oyun öncəsi fikirlərini bildirib: “Əminəm ki, burada azarkeşlərimiz bizə kömək edəcək. Onlar həmişə bizi tək qoymayıblar. Stadionda atmosferin olacağını bilirəm. İlk dəqiqələrdən yaxşı start verməlyik ki, istədiyimiz nəticəni əldə edək. Bundan başqa, bizi qarşıda vacib çempionat oyunu da gözləyir. Lakin bütün diqqətimizi "Qarabağ"la görüşə yönəltmişik”.

0