[b]Aurea Kruz: Əsl xarakter nümayiş etdirdik[/b]
27.11.2014 - 11:32
[b]Aurea Kruz: Əsl xarakter nümayiş etdirdik[/b]

“Rabitə”nin voleybolçusu Aurea Kruz Çempionlar Liqasının II turunda Kazan “Dinamo”su üzərində qələbəni şərh edib. Apasport.az saytının məlumatına görə, Bakı klubunun kapitanı 3:2 hesablı qələbədə komandanın hər bir üzvünün xüsusi payının olduğunu deyib.

 

Onun sözlərinə görə, 0:2 hesablı geridə olmalarına baxmayaraq, yekunda əzmkar qələbə qazanmaları növbəti uğurlarının başlanğıcıdır: “Dinamo”ya qarşı əla oynadıq. Əsl xarakter nümayiş etdirdik. Bununla ötən mövsüm Çempionlar Liqasının yarımfinalındakı məğlubiyyətin qisasını da aldıq”

0