“Sumqayıt”ın futbolçusu Avropada 6-cıdı
27.11.2014 - 11:51
“Sumqayıt”ın futbolçusu Avropada 6-cıdı

Milli çempionatlarda qol vuran 10 ən gənc futbolçunun siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, UEFA-nın Avropa ölkələri üçün tərtib etdiyi siyahıya yüksək liqada qol hesabını 16 yaşadək açanlar daxil olub.

 

Burada Azərbaycan təmsilçisi də düşüb. “Sumqayıt”ın futbolçusu Orxan Əliyevin 15 yaş 235 günlüyündə fərqlənməsi də UEFA-nın diqqətindən yayınmayıb. 2011-ci ilin avqustunda “Qəbələ” ilə görüşdə fərqlənməsi onu rekordçular siyahısına daxil edib.

 

Orxan UEFA-nın bütün liqaları və bütün illəri əhatə etmədiyindən natamam sayılan siyahısında 6-cıdı.

 

Qeyd edək ki, U-21, U-19 və U-17 millilərimizdə də oynamış Əliyev müqavilə ilə “Xəzər Lənkəran”a məxsusdu. İcarə əsasında “Sumqayıt”da forma geyən yarımmüdafiəçi “Porto” və “Trabzonsporda da baxışda olub.

0