“Sent-Etyen” - “Qarabağ”: Kim şanslıdı?
27.11.2014 - 15:03
“Sent-Etyen” - “Qarabağ”: Kim şanslıdı?

“Topaz” Avropa Liqasının qrup mərhələsinin V turunun əmsallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru tur çərçivəsində Fransada keçiriləcək “Sent-Etyen” - “Qarabağ” oyununa da pul qoyuluşu qəbul edəcək.

 

Ağdam təmsilçisi evdə baş tutan ilk qarşılaşmada 0:0 hesablı heç-heçə ilə kifayətlənsə də, bu dəfə xal qazanmaq şansları yüksək qiymətləndirilmir. “Topaz” təmsilçimizin rəqibini daha şanslı sayır. Belə ki, “Qarabağ”ın qələbə qazanması 7,30 əmsalla qiymətləndirildiyi halda, rəqibin 3 xala sevinməsinə 1,300 əmsal verilib. Görüşdə heç-heçə proqnozlaşdıranlar isə əmanətlərini 4,30 dəfə artırmaq imkanına malikdirlər.

 

0