Milli üçün “13-lük”
27.11.2014 - 18:21
Milli üçün “13-lük”

Futzal üzrə Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 1-dən 4-dək Özbəkistanın paytaxtı Daşkənd şəhərində ilk dəfə təşkil ediləcək beynəlxalq turnirdə iştirak edəcək millimiz səfərə 13 futzalçı ilə yollanacaq.

 

Bunlar Covani Buranello Laersio, Rövşən Hüseynli, Rizvan Fərzəliyev, İsa Atayev, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Ramiz Çovdarov, Samir Həmzəyev (jsmısı “Araz”), Eduardo Mello, Fernando Da Silva Amadeu, Fineo De Araujo (hamısı “Khazar Islands”), Seymur Məmmədov (“Ekol”), Xətai Bağırovdu (“Neftçi”İSM).

 

Yığmamız dekabrın 1-də Qazaxıstan, ertəsi Belarus, yarışın 3-cü günü isə  Özbəkistanla qarşılaşacaq.

 

Mənbə: affa.az

0