“Araz Naxçıvan” fəaliyyətini bərpa etdi
27.11.2014 - 20:00
“Araz Naxçıvan” fəaliyyətini bərpa etdi

Topaz Premyer Liqasından imtina edən “Araz Naxçıvan" fəaliyyətini bərpa edib. Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Belə ki, bu gündən futbolçu seçimlərinə başlayan Naxçıvan təmsilçisi Muxtar Respublika birinciliyində və kubokunda iştirak edəcək. Məqsəd isə qarşıdakı illərdə yalnız naxçıvanlı futbolçulardan ibarət komanda formalaşdırmaq və muxtar respublikada uşaq futbolunun inkişafına təkan verməkdi.

 

Artıq bu gün komanda Naxçıvan Muxtar Respublika Stadionunda ilk məşqinə çıxıb. 

0