[b]Natalya Məmmədovadan narazı ayrıldığı “Omiçka”ya 10 zərbə[/b]
28.11.2014 - 13:14
[b]Natalya Məmmədovadan narazı ayrıldığı “Omiçka”ya 10 zərbə[/b]

Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova “Volero”nun heyətində mövsümün ilk oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, 31 yaşlı hücumçu İsveçrə klubunun heyətində Çempionlar Liqasının “Omiçka” ilə qarşılaşmasında gücünü yoxlayıb.

 

Omskda baş tutan matçda “Volero” 3:2 (25:22; 25:22; 24:26; 21:25; 15:11) hesabı ilə qələbə qazanıb. Məmmədova narazı ayrılaraq ikinci dəfə qayıtdığı “Volero”da əsas heyətdə yer alıb və sonadək meydanda olub. Zədəsini sağaldan hücumçumuz 10 xal toplayıb.

 

Qeyd edək ki, II turda sonra 2-ci qələbəsini qazanan “Volero” 5 xalla 2-ci pillədə qərarlaşıb. Onlar lider “Əczaçıbaşı”ndan 1 xal geri qalırlar.

0