Planetin ən yaxşı yarımmüdafiəçiləri
28.11.2014 - 17:07
Planetin ən yaxşı yarımmüdafiəçiləri

2014-cü ilin rəmzi yığmasında yer almağa namizəd yarımmüdafiəçilərinin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA və FIFPro-nuin tərtib etdiyi 55 nəfərlik siyahıya 15 orta sahə oyunçusu daxil olub.

 

Bunlar Anxel di Mariya (“Real”, “Mançester Yuanyted), Xabi Alonso (“Real”, “Bavariya”), Sesk Fabreqas (“Barselona”, “Çelsi”), Eden Azar (“Çelsi”), Xavi (“Barselona”), Andreas İnyesta (“Barselona”), Toni Kroos (“Bavariya”, “Real”), Luka Modriç (“Real”), Mesut Özil (“Arsenal”), Andrea Pirlo (“Yuventus”), Pol Poqba (“Yuventus”), Hames Rodriges (“Monako”, “Real”), Bastian Şvaynştayger (“Bavariya”), Arturo Vidal (“Yuventus”) və Yaya Turedi (“Mançester Siti”).

0