“İnter” öz meydanında qonaq olacaq
28.11.2014 - 17:49
“İnter” öz meydanında qonaq olacaq

XXIII ölkə kubokunun 1/8 final mərhələsinin “Şahdağ” – “İnter” matçının keçirilmə yeri dəyişdirilib. Apasport.az saytının məlumatına görə, hər iki klubun qarşılıqlı razılığı əsasında oyun “İnter Arena” stadionunda keçiriləcək.

 

Matç dekabrın 3-də baş tutacaq. Lakin bu qarşılaşmada “İnter” nominal qonaq qismində çıxış edəcək.

 

3 dekabr (çərşənbə)

“Şahdağ” – “İnter”
“İnter Arena” stadionu

0