Türkiyə Superliqasında XIII tura yekun vuruldu - YENİLƏNİB
16.12.2014 - 11:30
Türkiyə Superliqasında XIII tura yekun vuruldu - YENİLƏNİB

Türkiyə Superliqasında XIII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son günündə “Trabzonspor” – “Rizəspor” matçı baş tutub.

 

Məhsuldar keçən oyunda trabzonlular 3 xalı 3 qolla qazanıb. Turun digər görüşləri isə liderlərin qələbələri ilə diqqət çəkib.

 

“Fənərbaxça” millimizin hücumçusu Ciahan Özkaranın formasını geyindiyi “Sivasspor”u sınağa çəkib. Qarşılaşmada qapılara 5 qol vurulub. Oyun İstanbul klubunun 4:1 hesablı qələbəsi ilə nəticələnib.

 

“Qalatasaray” “Konyaspor”un qonağı olub. “Cim-Bom” səfərdə şou göstərib – 0:5.

 

“Beşiktaş” da bu tur səfərdə meydana çıxıb. “Qara qartallar” liderliyini qorumaq üçün “Qaziantepspor”un gücünü yoxlayıb. Slaven Biliçin yetirmələri minimal hesablı qələbəyə sevinərək, yenidən zirvəni ələ keçirib.

 

Türkiyə Superliqası

XIII

12 dekabr

“Fənərbaxça” – “Sivasspor” - 4:1

Qollar: Bəkir, 3, Sou, 14; 66, Kuyt, 39 - Çaheçouhe, 13

 

13 dekabr

“Başakşəhər” – “Balıkəsirspor” - 1:0

Qol: Şəntürk, 73

 

“Akhisar” – “Gənclərbirliyi” - 1:1

Qollar: Gekas, 67 - Tomiç, 79

 

“Kasımpaşa” – “Əskişəhərspor” - 1:0

Qol: Kastro, 30

 

“Konyaspor” – “Qalatasaray” - 0:5

Bulut, 16, Çolak, 23, Burak, 37; 58, Altıntop, 62

 

14 dekabr

“Karabükspor” – “Bursaspor” - 3:2

Qollar: Viola, 21; 56-pen, Traore, 90 - Bakambu, 29, Fernando, 45

 

"Mersin İdmanyurdu” – “Ərciyəsspor” - 1:1

Qollar: Futaks, 35 – Karaer, 48

 

“Qaziantepspor” – “Beşiktaş” - 0:1

Qol: Özyakup, 64

 

15 dekabr

“Trabzonspor” – “Rizəspor” – 3:2

Qollar: Medjani, 11, Yılmaz, 57, 75 - Kadah, 29, Kveki, 68

 

 

 

1.

Beşiktaş

13

9

2

2

20:11

29

2.

Qalatasaray

13

9

1

3

20:15

28

3.

Fənərbaxça

13

8

3

2

21:13

27

4.

Başakşəhər

13

5

6

2

15:5

21

5.

M. İdmanyurdu

13

6

3

4

19:15

21

6.

Trabzonspor

13

5

6

2

23:19

21

7.

Bursaspor

13

5

4

4

23:14

19

8.

Kasımpaşa

13

5

4

4

20:21

19

9.

Gənclərbirliyi

13

4

5

4

17:16

17

10.

Akhisar

13

4

5

4

15:16

17

11.

Konyaspor

13

4

4

5

12:15

16

12.

Qaziantepspor

13

4

3

6

13:18

15

13.

Ərciyəsspor

13

2

8

3

17:15

14

14.

Karabükspor

13

4

2

7

18:18

14

15.

Əskişəhərspor

13

2

6

5

15:20

12

16.

Sivasspor

13

2

4

7

13:22

10

17.

Rizəspor

13

2

4

7

12:22

10

18.

Balıkəsirspor

13

1

2

10

10:28

5

 

0