[b]UEFA: “Qarabağ” – “İnter” matçı yenidən keçirilməyəcək![/b]
15.12.2014 - 16:55
[b]UEFA: “Qarabağ” – “İnter” matçı yenidən keçirilməyəcək![/b]

Avropa Liqasının qrup mərhələsinin “Qarabağ” – “İnter” oyunu yenidən keçirilməyəcək. Apasport.az saytının Ukrayna mətbuatına istinadən məlumatına görə, UEFA matçın yenidən keçirilməməsinə qərar verib. “Qarabağ” rəhbərliyi komandanın təmiz qolunun sayılmadığına görə Avropanın ali futbol qurumuna şikayət etsə də, bir nəticəyə nail olmayıb.

 

Qeyd edək ki, “Qarabağ” – “İnter” matçının əsas vaxtına əlavə olunmuş dəqiqələrdə Riçard Almeyda rəqib qapısına yol tapsa da, çexiyalı referi Miroslav Zelinka bu qolu saymayıb. Nəticədə Ağdam təmsilçisinin də yer aldığı qrupdan növbəti mərhələyə “İnter” və “Dnepr” klubları adlayıb.  

0