[b]“Qarabağ” - əvəzolunmaz və intizamsızlar...[/b]
16.12.2014 - 18:12
[b]“Qarabağ” - əvəzolunmaz və intizamsızlar...[/b]

Azərbaycan futbolu tarixinə avrokubokların qrup mərhələsinə yüksələn 2-ci komanda kimi düşən “Qarabağ” cari mövsüm qitə miqyaslı turnirlərdə 19 oyunçunun xidmətindən yararlanıb. Apasport.az saytının məlumatına görə, əvvəl Çempionlar Liqası, sonra Avropa Liqasının təsnifat mərhələləri, ardınca sonuncu yarışın qrupunda çıxış edən Ağdam təmsilçisi ümumilikdə 12 görüşdə 9 yerli və milliləşən də daxil olmaqla, 10 legionerin xidmətindən yararlanıb.

 

Komandanın 5 futbolçusu bütün qarşılaşmalarda meydana çıxıb. Onlardan ikisi – İbrahim Şehiçlə Bədavi Hüseynov isə əvəzolunmazlar olub. 19 oyunçudan 18-i qrup mərhələsinin həyəcanını da yaşayıb. Tərlan Quliyev isə yalnız təsnifat mərhələsində çıxış edib. O, buna Çempionlar Liqasında nail olub.

 

“Qarabağ”ın mövsümdə vurduğu 11 qola 6 futbolçu imza atıb. Onlardan 5-i hərəyə iki dəfə fərqlənib. Braziliyalılar Marinaldo da Silva, Reymnaldo və Danilo Dias, makedoniyalı Muarem Muarem, hollandiyalı Leroy Corc hərəyə iki dəfə fərqlənib. Vüqar Nadirovun isə yalnız 1 qolu var.

 

İntizamsızlar siyahısına Maksim Medvedev başçılıq edir. Onun 4, Qara Qarayevin 3 sarı vərəqəsi var. Onların hərəsi 1 dəfə Çempionlar Liqasında cəzalınsa, digər vərəqələri Avropa Liqasında alıb. Qırmızı vərəqə alanlar isə Reynaldo və Admir Telidi.

 

 

Bədavi Hüseynov

12

1080

0

2

0

İbrahim Sehiç

12

1080

-9

0

0

Ansi Aqolli

12

1071

0

1

0

Riçard Almeyda

12

1057

0

1

0

Qara Qarayev

12

1024

0

3

0

Vüqar Nadirov

11

583

1

1

0

Rəşad Sadıqov

10

775

0

0

0

Corc Leroy

10

703

2

2

0

Namiq Yusifov

10

471

0

1

0

Maksim Medvedev

9

780

0

4

0

Reynaldo Silva

9

763

2

1

1

Muarem Muarem

9

739

2

1

0

İlqar Qurbanov

7

370

0

0

0

Admir Teli

7

340

0

0

1

Danilo Dias

7

318

2

1

0

Marinaldo da Silva

6

429

2

0

0

Namiq Ələsgərov

5

115

0

0

0

Cavid Tağıyev

4

93

0

0

0

Tərlan Quliyev

2

39

0

1

0

 

0