[b]“Azərreyl” növbəti mərhələdə - YENİLƏNİB[/b]
18.12.2014 - 00:40
[b]“Azərreyl” növbəti mərhələdə - YENİLƏNİB[/b]

Ötən gün “Azərreyl” “Çelenc Cup”ın 1/16 final mərhələsinin cavab oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, yarışdakı yeganə təmsilçimiz Bakıda 3:0 hesabı ilə məğlub etdiyi İsveçrənin “Könits” klubunun qonağı olub.

 

Berndə baş tutan matçda komandamız ciddi müqavimətlə üzləşib.

 

Belə ki, təmsilçilərimiz ilk seti qazandıqdan sonra rəqib təşəbbüsü ələ alıb. Meydan sahibləri ardıcıl 3 seti xeyrinə tamamlayıb.

 

Cütün taleyinə isə “Qızıl set”də aydınlıq gəlib. Burada isə “Azərreyl” daha yaxşı oynayaraq, 1/8 finala yüksəlib. 

 

 

17 dekabr

“Çelenc Cup”

1/16 final mərhələsi, cavab oyunu

“Könits” (İsveçrə) - “Azərreyl” (Azərbaycan) - 3:1 (17:25; 25:19; 25:18; 25:15) 

"QIZIL SET" 11:15

Hakimlər: Konalsi Qyoka (Albaniya) və Yanita Riçter (Almaniya)

Bern, İdman Sarayı

İlk oyun: “Azərreyl” (Azərbaycan) – “Könits” (İsveçrə) - 3:0 (25:18; 25:21; 25:21)

0