[b] “İnter” - “Neftçi”: Qonaqlar qol buraxmayacaq?[/b]
17.12.2014 - 14:12
[b] “İnter” - “Neftçi”: Qonaqlar qol buraxmayacaq?[/b]

Topaz Premyer Liqasının XVII turunun mərkəzi qarşılaşmasını idarə edəcək Əliyar Ağayev mövsümdə 10-cu çempionat matçına çıxacaq. Apasport.az saytının məlumatına görə, nəticəsi ləğv olunan matçı saymasaq, “İnter” – “Neftçi” görüşünədək FİFA referisi 9 qarşılaşmaya çıxıb.

 

3 dəfə “Neftçi”nin oyunlarına təyinat alan Ağayev “ağ-qaralar”ın qol buraxmasını görməyib. Bakılılar V turda “Xəzər Lənkəran”ı 1, XI turda AZAL-ı 4 cavabsız qolla məğlub edib, XV turda “Qarabağ”la qolsuz heç-heçə edib. Bu görüşlərdə “Neftçi” 1, rəqibləri 2 qırmızı vərəqə alıb. Bakılılar həm də penalti ilə cəzalanıb.

 

“İnter” I turda “Qəbələ” (4:0), IV turda “Xəzər Lənkəran” (0:1), X turda “Qarabağ”la (0:0) görüşəndə Ağayev baş hakim olub. Bu matçlarda qırmızı vərəqə və penalti qeydə alınmayıb.

 

Ümumilikdə isə FİFA referisinin fit çaldığı görüşlərdə qonaqlar qol vurmayıb. 7 qələbəsi olan meydan sahibləri iki qolsuz bərabərliklə də kifayətlənib.

0