[b]“Xəzər Lənkəran” – “Qarabağ”:[/b] Ağdamlılar Orxan Məmmədovla qələbə qazanırlar
17.12.2014 - 15:23
[b]“Xəzər Lənkəran” – “Qarabağ”:[/b] Ağdamlılar Orxan Məmmədovla qələbə qazanırlar

Topaz Premyer Liqasının XVII turunun “Xəzər Lənkəran” – “Qarabağ” qarşılaşmasını idarə edəcək Orxan Məmmədov Ağdam təmsilçisi üçün uğurlu hakimdi. Apasport.az saytının məlumatına görə, 2015-ci ildən FİFA referisi olacaq ədalət təmsilçisi cari mövsüm 3 dəfə “Qarabağ”ın oyunlarında iştirak edib.

 

Həmin matçlarda ağdamlılar V turda AZAL-ı 3:0, VII turda “Neftçi”ni 3:1, XII turda “Bakı”nı 4:2 hesabı ilə məğlub edib. Hər 3 oyunu səfərdə keçirən Qurban Qurbanovun yetirmələri 2 dəfə penalti vurmaq imkanı da qazanıb.

 

“Xəzər Lənkəran” isə II turda “Sumqayıt”la qarşılaşıb. 1:1 hesabı ilə nəticələnən matçda referi cənubluları qırmızı vərəqə və penalti ilə cəzalandırıb.

 

Qeyd edək ki, cari mövsüm 7 Premyer Liqa matçına çıxan referinin idarə etdiyi oyunlarda 1 dəfə meydan sahibləri, 4 dəfə qonaqların qələbə qazanıb, 2 dəfə qalib müəyyənləşməyib. 

0