[b]Qurbanov Prosineçkinin fikrinə münasibət bildirdi[/b]
17.12.2014 - 15:33
[b]Qurbanov Prosineçkinin fikrinə münasibət bildirdi[/b]

“Robert Prosineçkinin saytınıza verdiyi müsahibəni oxudum. Mənim haqqımda bu cür xoş sözlər səsləndirməsi qürurvericidi”. Bunu apasport.az saytına açıqlamasında “Neftçi” klubunun futbolçusu Ruslan Qurbanov deyib.

 

Azərbaycan millisinin yeni baş məşqçisi Robert Prosineçki müsahibəsində Qurbanovun Avropada oynamaq gücündə olduğunu bildirib. Xorvatiyalı çalışdırıcının fikrinə münasibət bildirən Ruslan bundan sonra məşqlərdə daha həvəslə çalışacağını dilə gətirib: “Təbii ki, millinin baş məşqçisinin məni tərifləməsi çox xoşuma gəldi. Bu mənim üçün əlavə motivasiya deməkdi. Öz üzərimdə daha çox çalışacağam ki, ilk növbədə, “Neftçi”nin əsas heyətində möhkəmlənim. Əgər bunu bacarsam, yığmaya da çağırıla bilərəm. Amma klubumun heyətindəki uğurlu oyunumu davam etdirə bilməyəcəyim halda, Prosineçkidən dəvət gözləmək düzgün olmaz”. 

0