“Qəbələ” Sumqayıt səfərinə 3 itki ilə çıxacaq
17.12.2014 - 16:35
“Qəbələ” Sumqayıt səfərinə 3 itki ilə çıxacaq

Topaz Premyer Liqasının XVII turunda “Sumqayıt”la keçiriləcək səfər matçına hazırlıqlarını Bakıda davam etdirən “Qəbələ”ni bu oyuna da köməkçi-məşqçi Sənan Qurbanov çıxaracaq. Apasport.az saytının məlumatına görə, sabahkı görüşə şimal təmsilçisi itkilərlə çıxacaq.

 

Bugünkü məşqini “Bayıl Arena”da keçən “Qəbələ”nin hazırlığına 3 futbolçu hələ də qoşulmur. Bunlar bir müddətdi zədədən əziyyət çəkən Ruslan Əmircanov, Viktor Mendi və Vladimir Levindi. Klubdan verilən məlumata görə, adı çəkilən hər 3 oyunçu “Sumqayıt”la qarşılaşmanı buraxacaq.

 

Qeyd edək ki, “Sumqayıt” – “Qəbələ” oyunu sabah saat 15:00-da başlayacaq.

0