Azərbaycan yığmasına 25 futbolçu çağırıldı
17.12.2014 - 18:01
Azərbaycan yığmasına 25 futbolçu çağırıldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 24-dən 31-dək Bakıda baş tutacaq təlim-məşq toplanışına 25 futbolçu çağırılıb.

 

Onlardan biri klubsuz, 6-sı isə ölkə xaricindən çıxış edənlərdir. “Qəbələ” millidə daha çox – 5 oyunçu ilə təmsil olunub: Ağaseyid Qasımov (“Qarabağ”), Mahir Mədətov, Renat Aghaverdiyev (hər ikisi “Bakı”), Bəhlul Mustafazadə, Yusif Nəbiyev, Emin Zamanov, Roman Hüseynov, Ayxan Əsədov (hamısı “Qələbə”), Turan Hüseynzadə, Elnur Cəfərov (hər ikisi “Xəzər Lənkəran”), Anar Həsənov, Əlibəy Məmmədli (hər ikisi “Rəvan”), Fərid Kərimzadə (“Sumqayıt”), Sərtan Taşkın, Fərid Abbaslı, İlkin Sadıxov (hamısı “İnter”), Elməddin Məmmədov, Elvin Sərkarov (hər ikisi “Neftçi”), Elgün Uluxanov (MOİK, Rusiya), Rinat Hüseynov (“Amkar”, Rusiya), Tolqa Şahin (“Kayzerslautern”, Almaniya), Benhur Kama (“Hannover-96”, Almaniya), Sefa İscan (“Rot Vays”, Almaniya), Fərid Əsədli (klubsuz), Şaxban Cəbrayılov (“İnicial” Dağıstan Olimpiya Ehtiyatları məktəbi).

 

Mənbə: affa.az

0