“Çelsi”nin futbolçusu ölkəsində ilin ən yaxşısı seçildi
17.12.2014 - 20:20
“Çelsi”nin futbolçusu ölkəsində ilin ən yaxşısı seçildi

Serbiya millisində ilin ən yaxşı futbolçusu bəlli olub. Apasport.az saytının məlumatına görə, bu, “Çelsi”nin yarımmüdafiəçisi Nemanya Matiçdi.

 

26 yaşlı oyunçu dekabrın 18-də, Belqradda Serbiya Futbol Assosiasiyasının hər il ənənəvi olaraq keçirdiyi mərasimdə mükafatını alacaq.

 

2014-cü ilin ən yaxşı məşqçisi adına isə əvvəl ölkənin gənclər komandasında işləyən, daha sonra əsas yığmaya başçılıq edən Radovan Çurçiç seçilib.

 

Qeyd edək ki, ötən ilin ən yaxşı futbolçusu “Çelsi”nin cinah müdafiəçisi Branislav İvanovç olmuşdu.

0