Sabiq “Xəzər Lənkəran”lı heyətə salınmadı
17.12.2014 - 20:51
Sabiq “Xəzər Lənkəran”lı heyətə salınmadı

Türkiyə kubokunun qrup mərhələsinin II turunun oyunları keçirilir. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın sabiq futbolçusu Mbilla Etamenin formasını geyindiyi "Samsunspor" da növbəti matçına çıxıb.

 

C qrupunda mübarizə aparan Samsun klubu səfərdə Superliqa təmsilçisi “Mersin İdmayurdu” ilə qarşılaşıb. Aktivində xal olmayan Etamenin komandası yenə uduzub. Görüş 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

 

Qeyd edək ki, komandasının məğlub olduğu matçda kamerunlu hücumçu “18-liy”ə daxil edilməyib.

0