[b]Millimizin rəqibi İvaylo Petevə tapşırıldı[/b]
17.12.2014 - 21:20
[b]Millimizin rəqibi İvaylo Petevə tapşırıldı[/b]

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqiblərindən olan Bolqarıstan yığmasının yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ötən ay Lyuboslav Penevlə yollarını ayırdıqdan sonra başsız qalan bolqarlar onun əvəzinə komandanın “sükanı arxası”na İvaylo Petevi gətirib.

 

Rəqibimiz 39 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalayıb. Petev 2015-cilin yanvar ayının 1-dən rəsmən Bolqarıstan millisinə başçılıq edəcək.

 

Xatırladaq ki, İvaylo Petev 2010-2013-cü illərdə “Ludoqorets”ə rəhbərlik edib. O, bu komanda il 2 dəfə ölkə çempionu və Bolqarıstan kubokunu qazanıb. Petevin son iş yeri Kipr AEL-i olub.

0