[b]Əzəli rəqiblərin hər ikisi uduzdu[/b]
18.12.2014 - 18:50
[b]Əzəli rəqiblərin hər ikisi uduzdu[/b]

Bu gün Topaz Premyer Liqasında XVII tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, bir  gün öncə “Bakı” – AZAL matçı ilə start götürən turun son 3 qarşılaşması baş tutub.

 

Günün ilk matçı Sumqayıtda baş tutub. Burada eyniadlı komanda “Qəbələ”ni qəbul edib. Bu görüşü qonaqların yeni baş məşqçisi Roman Qriqorçuk da izləyib. Hər iki qolun ikinci hissədə vurulduğu matçda heç-heçə qeydə alınıb. Meydan sahibləri hesabı açsa da, “Qəbələ” matçın sonlarında penalti zərbəsi ilə məğlubiyyətdən qaçıb.

 

Liderlər qrupunda qərarlaşan komandaların iştirakı ilə baş tutan digər iki oyun daha məhsuldar alınıb. Ötən tur Qəbələdə 1:2 hesabı ilə uduzan çempionatın lideri “Qarabağ” “Xəzər Lənkəran”la səfər oyununda da çətinliklə üzləşib.

 

Düzdü, ağdamlılar bu dəfə 3 xal qazanıb. Lakin bu onlara asan başa gəlməyib. Ağdamlılar hesabı açsa da, cənublular iki qol vurub, önə keçə biliblər. Lakin son çempion əvvəl bərabərlik, ardınca qələbə qolunu vura bilib.

 

Liderin ən yaxın izləyiciləri “Neftçi” və “İnter” paytaxt derbisində üz-üzə gəlib. 2014-cü ildə son matçını keçirən “ağ-qaralar” Nikolas Kanalesin qolu ilə hesabı açsa da, “bankirlər” əzmkar oyun nümayiş etdirib. İkinci hissədə iki qol vuran “İnter” bu qələbə sayəsində 2-ci pilləyə yüksəlib.

 

Topaz Premyer Liqası

XVII tur

18 dekabr (cümə axşamı)
 

“Xəzər Lənkəran” – “Qarabağ” - 2:3
Qollar: Qara Qarayev, 17 (avtoqol); Sadio Tounkara, 56 - Muarem Muarem, 10; 63; Bədavi Hüseynov, 80

Hakimlər: Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Ramil Diniyev

“Xəzər Lənkəran” mərkəzi stadionu
 

“Xəzər Lənkəran”: 19. Vyekoslav Tomiç, 3. Vanderson Skarduelli, 5. Tyeqo de Xesus, 6. Rəşad Sadiqov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 22. Əfran İsmayılov, 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov

Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 13. Aleksandr Şemonayev, 17. Kazım Kazımlı, 28. Fernando Qabriel, 70. Elşən Rzazadə, 72. Elvin Mirzəyev, 97. Elnur Cəfərov

Baş məşqçi: Oğuz Çətin

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc, 55. Bədavi Hüseynov, 77. Cavid Tağıyev, 99. Namiq Ələsgərov

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 11. Danilo Dias, 18. İlqar Qurbanov, 33. Şəhriyar Əliyev 

Baş məşqçi: Qurban Qurbanov

 

“İnter” – “Neftçi” - 2:1
Qollar: Franko Nildo, 64; Məhəmməd Mirzəbəyov, 72 - Nikolas Kanales, 38 

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Zeynal Zeynalov, Ömər Paşayev 
“İnter Arena”

 

“İnter”: 25. Səlahət Ağayev (k), 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 11. Asif Məmmədov, 12. Franka Nildo, 15. Yohan Bokonyano, 21. Arif Daşdəmirov, 33. Matiya Şpiçiç, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. İvan Benitez, 6. Slavço Georgiyevski, 7. Abdulla Abatsiyev, 17. Məhəmməd Mirzəbəyov, 28. Baçana Sxadadze, 80. Nizami Hacıyev 
Məşqçi: Zaur Svanadze

“Neftçi”: 1. Emil Balayev, 2. Karlos Kardozo, 3. Denis Silva, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 11. Nikolas Kanales, 15. Erik Ramos, 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov, 23. Ruslan Qurbanov

Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 8. Elşən Abdullayev, 10. Julius Vobay, 17. Nicat Qurbanov, 20. Fəhmin Muradbəyli, 90. Ernest Nfor, 95. Elvin Bədəlov   
Baş məşqçi: Arif Əsədov

 

“Sumqayıt” – “Qəbələ” - 1:1
Qollar: Məhəmməd Qurbanov, 66 - Cavid Hüseynov, 87 (pen)
Hakimlər: Rəhim Həsənov, Rəvan Həmzəzadə, Rza Məmmədov, İnqilab Məmmədov
“Kapital Bank Arena”

“Sumqayıt”: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 9. Orxan Əliyev, 10. Tərzin Cahangirov, 14. Məhəmməd Qurbanov, 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov, 92. Bəxtiyar Həsənalızadə
Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 2. Slavik Alxasov, 11. Kiyan Sultanpur, 17. Ramazan Abbasov, 77. Təvəkkül Məmmədov, 86. Fərid Quliyev, 96. Budaq Nəsirov
Baş məşqçi: Aqil Məmmədov

“Qəbələ”: 1. Kamran Ağayev (k), 4. Elvin Camalov, 5. Sadiq Quliyev, 10. Dodo, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov, 25. Adrian Ropotan, 27. Bəxtiyar Soltanov, 34. Urfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 8. Markus Kunya, 13. Murad Musayev, 16. Ruslan Tağızadə, 21. Yazalde Pinto, 26. Pavol Farkaş, 99. Tellur Mütəllimov  
Məşqçi: Sənan Qurbanov

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

15

9

4

2

27-17

31

2

İnter

15

7

7

1

25-6

28

3

Neftçi

15

7

5

3

19-12

26

4

Xəzər L

15

5

4

6

21-19

19

5

Simurq

15

5

3

7

20-20

18

6

Qəbələ

15

4

6

5

18-23

18

7

AZAL

14

4

4

6

17-24

16

8

Sumqayıt

15

4

3

8

19-25

15

9

Bakı

15

2

4

9

11-31

10

0