“Real”ın rəqibi müəyyənləşdi
18.12.2014 - 09:23
“Real”ın rəqibi müəyyənləşdi

Mərakeşdə keçirilən klublararası dünya çempionatında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, ikinci yarımfinal matçında Argentina təmsilçisi “San Lorenso” ilə Yeni Zelandiyanın “Oklend” klubu görüşüb.

 

Cənubi Amerikanın ən güclüsü ada təmsilçisini yalnız əlavə vaxtda məğlub edə bilib – 2:1. Bununla da “San Lorenso” yarışın ikinci finalçısı olub.

 

Argentinalılar dekabrın 20-də baş tutac aq həlledici görüşdə İspaniya “Real”ı ilə görüşəcək. Həmin gün baş tutacaq 3-cü yer uğrunda oyunda isə “Oklend” Meksikanın “Kruz Asul” klubu ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, 5-ci yerin taleyinə də aydınlıq gəlib. Asiya və Afrika Çempionlar Liqasının qaliblərinin oyununda “Setif” qalib gəlib.

 

Klublararası dünya çempionatı

17 dekabr

Yarımfinal

“San Lorenso” (Argentina) – “Oklend” (Yeni Zelandiya) – 2:1 (əlavə vaxtda)

Barrientos, 45+2, Matos, 93 – Berianda, 67

5-ci yer uğrunda oyun

“Setif” (Əlcəzair) – “Sidney Uonderers” (Avstraliya) – 2:2, pen. 5:4

Mullen, 50, Ziava, 57 – Kastelen, 5, Saba, 89

 

0