Messinin hegemonluğuna son
18.12.2014 - 10:06
Messinin hegemonluğuna son

Argentinada 2014-cü ilin ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Anxel di Mariya vətəndən kənarda çıxış edən oyunçular arasında ən yaxşı adını qazanıb.

 

İngiltərə “Mançester Yunayted”ində çıxış edən yarımmüdafiəçi bu il İspaniya “Real”ı ilə Çempionlar  Liqasını qazanıb, Argentina millisini DÇ-2014-ün finalına daşıyıb.

 

Qeyd edək ki, di Mariya Lionel Messinin hegemonluğuna son qoyub. “Barselona”da çıxış edən argentinalı bunadək ardıcıl 7 dəfə ən yaxşı adını qazanmışdı.

 

0