[b]Millimiz üçün köhnə, Prosineçki üçün yeni rəqib [/b]
18.12.2014 - 10:28
[b]Millimiz üçün köhnə, Prosineçki üçün yeni rəqib [/b]

Azərbaycan futbol yığması yeni baş məşqçi Robert Prosineçkinin rəhbərliyi altında ilk görüşünü Qazaxıstana qarşı keçirə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə Qazaxıstan millisinin baş məşqçisi Yuri Krasnojan açıqlama verib.

 

Qazaxıstan mətbuatına müsahibə verən 51 yaşlı mütəxəssis bildirib ki, fevralda yoldaşlıq görüşü keçirmək üçün rəqib axtarışına çıxıblar: “Artıq bir neçə namizəd var. Məsələn, Moldova, Estoniya, Bolqarıstan, Azərbaycan və Ermənistan tərəfi bizimlə yoldaşlıq görüşü keçirmək istəyindədi. Biz özümüz Lüksemburqa təklif göndərmişdik, ancaq onlar imtina etdilər”.

 

Qeyd edək ki, Azərbaycan millisi tarixi ərzində Qazaxıstanla 8 dəfə üz-üzə gəlib və ümumi hesab bərabərədi: 2 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət.

0