[b]“Sumqayıt”dan kimlərin gedəcəyi dəqiqləşdi[/b]
18.12.2014 - 10:51
[b]“Sumqayıt”dan kimlərin gedəcəyi dəqiqləşdi[/b]

Dekabrın 21-də keçiriləcək oyunlardan sonra Topaz Premyer Liqasında qış fasiləsi başlayacaq. Apasport.az saytının məlumatına görə, digər klublar kimi, “Sumqayıt” da bu müddətdə heyətdə dəyişikliklər edəcək.

 

Komandadan kimlərin gedəcəyi artıq dəqiqləşib. Məşqçilər korpusunun etimadını qazana bilməyən Tagim Novruzov və Ceyhun Cavadov “Sumqayıt”dan göndəriləcək. Hər iki futbolçu ilə müqavilənin müddətinin uzadılmamasına qərar verilib. Qış fasiləsində “gənclik şəhəri” təmsilçisi daha bir oyunçu ilə vidalaşa bilər. Söhbət Kiyan Sultanpurdan gedir. 25 yaşlı hücumçunun da çıxışı baş məşqçi Aqil Məmmədovu tam qane etmir. Sultanpurla bağlı yekun qərar yaxın günlərdə veriləcək.

 

“Sumqayıt”ın düşərgəsinə, həmçinin baxışa futbolçular gələcək. Baxış müddətində özlərini yaxşı tərəfdən göstərən oyunçularla müqavilə imzalanacaq. 

0