Məşqçilər Komitəsi baş katiblə sabah görüşəcək
18.12.2014 - 14:04
Məşqçilər Komitəsi baş katiblə sabah görüşəcək

“İşimizi davam etdiririk. Bu gün öz aramızda iclas keçirdik və bəzi məsələləri müzakirə etdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Şahin Diniyev deyib.

 

Məşqçilər Komitəsinin üzvü olan təcrübəli mütəxəssis AFFA-nın baş katibi ilə görüşü gözlədiklərini qeyd edib: “Elxan Məmmədovla görüşümüz hələlik baş tutmayıb. Həmin görüşdə vacib qərarlar qəbul ediləcək”.

 

Dekabrın 16-da AFFA-nın baş katibi Elxan Məmmədovla görüşməli olan Məşqçilər Komitəsinin istəyi baş tutmamışdı. Assosiasiya rəsmisinin başqa işləri olduğundan, görüş təxirə salınmışdı. Hələlik 4 nəfərdən ibarət olan MK baş katiblə sabah görüşməlidi. Son anda planda bir dəyişiklik olmasa, Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvlərini sabah qəbul edəcək. Görüşdə U-21-in baş məşqçisi və MK-nə 5-ci üzvün adı bəlli olacaq. 

0