[b]Hələ belə “yıxılmamışdıq”...[/b]
18.12.2014 - 15:00
[b]Hələ belə “yıxılmamışdıq”...[/b]

Azərbaycan millisi 2014-cü ili dünyanın 135-ci komandası kimi başa vurub. Apasport.az saytının məlumatına görə, ilin yekununda bu mövqedə qərarlaşması son 19 il üçün yığmamızın ən aşağı göstəricisidi.

 

Belə ki, 1994-cü ildən siyahıda yer alan komandamız sonuncu dəfə 1995-ci ili bu qədər

aşağı pillədə başa vurmuşdu. İlk iki ildə 15-ci “onluq”da (141-150-ci yerlər) qərarlaşan millimiz sonradan ən pis halda, 134-cü olmuşdu.

 

Həmin nəticə də Berti Foqtsun ölkəmizdə debüt etdiyi 2008-ci ilin sonuna təsadüf etmişdi. 6,5 il yığmamıza rəhbərlik edən almaniyalının istefasından sonrakı ilk yekun siyahıda isə daha aşağı pilləyə yuvarlanıb.

 

Komandamız ötənilki ilə müqayisədə 41 pillə geriləyib. 2013-cü ili 94-cü ildə tamamlayan yığmamız 135-ci yerə yuvarlanmaqla tarixinin daha bir antirekordunu müəyyənləşdirib.

 

Milli heç vaxt 1 ildə 41 pillə geriləməmişdi.  Komandamız ən pis halda, 19 addım aşağı yuvarlanmışdı ki, buna da 2008-ci ildə təsadüf olunmuşdu. Onda yığmamız 115-ci yeri 134-cüyə dəyişmişdi.

 

Millimizin illər üzrə yekun siyahıdakı mövqeyi

1994

147

1995

141

1996

125

1997

123

1998

99

1999

97

2000

115

2001

113

2002

113

2003

119

2004

113

2005

114

2006

125

2007

115

2008

134

2009

114

2010

98

2011

112

2012

118

2013

94

2014

135

 

0