42 xal kifayət etmədi
18.12.2014 - 16:03
42 xal kifayət etmədi

Qadın voleybolçular arasında Cənubi Koreya çempionatında XIV turun oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Polina Rəhimovanın şərəfini qoruduğu “Hyundai” bu gün EX klubunun qonağı olub.

 

Matç təmsilçimizin komandası üçün uğursuz alınıb. Ötən həftə GS klubuna uduzan “Hyundai” bu dəfə də məğlubiyyətə üzülüb. Ev sahibləri 3:1 (25:18; 25:27; 25:14; 26:24) hesabı ilə qalib gəliblər.

 

Rəhimova matçda Polina 42 xal toplayıb. O, bunlardan 37-ni hücumda, 4-ünü blokda, digər 1-ni isə eysdə qazanıb.

 

Məğlubiyyətə baxmayaraq, aktivində 24 xalı olan “Hyundai” turnir cədvəlindəki liderliyini davam etdirir.

 

Qeyd edək ki, Polinanın komandası növbəti görüşünə dekabrın 22-də çıxacaq. Həmin oyunda “Hyundai” səfərdə KGC klubunu qəbul edəcək. 

0